Türkiyə Rusiya ilə əlaqələrin normallaşdırılmasını istədi
-
Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Rusiya ilə əlaqələrin normallaşdırılmasını istədi.
Mövlud Çavuşoğlu bazar ertəsi günü bir mətbuat konfransında Türkiyə-Rusiya əlaqələrinin normallaşdırılması istiqamətində fəaliyyət göstərməsi üçün Ankara və Moskva tərəfindən müştərək bir işçi qrupunun yaradılmasını istəyib.
Bu barədə Sputnik informasiya agentliyi məlumat verib.
Türkiyə xarici işlər naziri deyib: Müştərək bir işçi qrupu əlaqələrin normallaşdırılması üçün Ankara və Moskvanın baxışlarını müəyyənləşdirə, barəsində müzakirə apara bilər.
Rusiya prezidenti Vladimir PUtin də şənbə günü Türkiyə ilə əlaqələrin normallaşdırılması barədə deyib: Moskvanın Ankara ilə əlaqələrin normallaşdırılması üzrə şərti dəyişməyib. Rəsmi üzrxahlıq olmazsa, əlaqələrin normallaşdırılması mümkün olmayacaq.
Rusiya bu ölkə qırıcısının Türkiyə tərəfindən vurulmasının ardınca iki ölkə arasında viza rejiminin tətbiq edilməsi və Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin qoyulması ilə Ankara ilə əlaqələrini məhdudlaşdırmış oldu.