İyun 02, 2016 19:53 Asia/Baku
  • İraq baş naziri və parlament sədri Fəllucə yaxınlığında
    İraq baş naziri və parlament sədri Fəllucə yaxınlığında

İraq baş naziri və parlamentin sədri Fəllucənin İŞİD terrorçularının işğalından azad olunması əməliyyatında İraq hərbi komandanları ilə görüşüblər.

Livanın əl-Məyadin telekanalının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi və parlament sədri Səlim əl-Cəburi cümə axşamı günü əl-Anbar vilayətinin Fəllucə şəhərinin yaxınlığında əl-Tariq hərbi bazasında İŞİD terror qruplaşmasına qarşı əməliyyat prosesi ilə yaxından tanış olublar.

Heydər əl-İbadi hərbi komandirlərlə görüşdə İraq qüvvələrini İŞİD qarşısında qələbə münasibəti ilə təbrik edib və müxtəlif şəhərlərin İŞİD-in işğalından azad olunması üçün İraq qüvvələrinin fədakarlığı və şücaətini alqışlayıb.

İraq baş naziri həmçinin Fəllucədə sivillərin həyatının qorunmasını vurğulayaraq İraq qüvvələrinə tövsiyə edib ki, son qələbə reallaşana qədər terrorçularla savaşı davam etdirsinlər.

İraq parlamentinin sədri Səlim əl-Cəburi də İraq qüvvələrinə dəstəyi vurğulayıb.

Səlim əl-Cəburi deyib: İraqda geniş ərazilərin İŞİD-in işğalından azad olunması hərbi və xalq qüvvələrin səyi ilə mümkün olmuşdur.

Teqlər