Bağdad terror aktlarında 28 nəfər ölüb, 70 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220627-bağdad_terror_aktlarında_28_nəfər_ölüb_70_nəfər_yaralanıb
Bağdadın əl-Cədidə və əl-Taci məntəqələrində törədilən iki terror aktında 98 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 10:42 Asia/Baku
  • Bağdad terror aktı
    Bağdad terror aktı

Bağdadın əl-Cədidə və əl-Taci məntəqələrində törədilən iki terror aktında 98 nəfər ölüb və yaralanıb.

İraq polisi cümə axşamı Bağdadın şimalı və şərqində əl-Cədidə və əl-Taci məntəqələrində törədilən 2 terror aktında 28 nəfərin ölməsi və 70 nəfərin yaralanmasından xəbər verib.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, ilk partlayış təqribən səhər saat 9-da baş verib. Hadisə şiə sakinli əl-Cədidə məntəqəsində bir bazarın yaxınlığında bomba quraşdırılmış avtomobilin partladılması zamanı baş verib. İkinci partlayış isə şəhərin əl-Taci məntəqəsində, yoxlama-buraxılış məntəqəsindən bir dayanacaq aralıda törədilib.

İŞİD terror qruplaşması bu hücumların məsuliyyətini üzərinə götürüb.