İraq müdafiə naziri: Sivillərin olması Fəllucənin azadlığında böyük maneədir
İyun 13, 2016 07:02 Asia/Baku
-
İraq müdafiə naziri: Sivillərin olması Fəllucənin azadlığında böyük maneədir
İraqın müdafiə naziri Fəllucədə sivillərin olmasını bu şəhərin azad olunması üçün ən böyük maneə adlandırıb.
Əl-Minar telekanalının məlumatına görə, İraq müdafiə naziri Xalid əl-Übeydi Fəllucənin azad olunmasının yekun mərhələyə çatdığını bildirərək deyib: Hərbi qüvvələr bir neçə gün ərzində bu şəhəri azad etmək iqtidarındadır. Lakin İŞİD-in bu şəhərdə sivilləri mühasirəyə alması bu məsələyə mane olur.
Əl-Übeydi əlavə edib: Sivillərin həyatını qorumaq bir çox hallarda silahlı qüvvələrimiz üçün işi çətinləşdirib.
İraq müdafiə naziri əlavə edib: Ümidvarıq sivillər bu şəhərdən çıxacaqlar. Lakin şəhərdən qaça bilmirlərsə, öz mənzillərində qalsınlar. Onları seçimləri bunlardır. çünki Fəllucə müharibəsinin taleyi aydınlaşmalıdır.
Teqlər