İyun 27, 2016 16:23 Asia/Baku
  • Əl-Əqsa Məscidi təhlükədə
    Əl-Əqsa Məscidi təhlükədə

Ümumdünya Qüds Gününə yaxınlaşdıqca sionistlərin əl-Əqsa məscidinə qarşı hörmətsizlikləri də artmağa başlayıb. Artıq intensiv hal alan bu hörmətsizliklərin davamında sionistlər bu gün də əl-Əqsa məscidinə yürüş edərək, namaz qılmaqla məşğul olan fələstinlilərə hücum ediblər.

İsrail hərbçilərinin himayəsi altında əl-Əqsa məscidinə doğru yürüş edən sionist qəsəbə sakinləri məscidin qapılarını bağlayıblar. Daha sonra əl-Əqsa məscidinə daxil olan İsrail hərbçiləri namaz qılmaqla məşğul olan fələstinliləri məsciddən çıxardıblar. Sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidində olan fələstinlilərə hücum etməsi isə tərəflər arasında toqquşmaya səbəb olub. İsrail hərbçiləri isə fələstinliləri plastik güllələrdən istifadə edərək, hədəfə alıb və onlara tərəf gözyaşardıcı qaz bombaları atıblar. Bu da bir neçə fələstinlinin yaralanmasına səbəb olub.

Sionistlərin əl-Əqsa məscidinə olan hücumlarının Ümumdünya Qüds Günü ərəfəsində daha da intensivləşməsini nəzərə alaraq, siyasi və dini şəxsiyyətlər Fələstin xalqını İsrail rejimi və sionistlərin cinayətlərindən xilas etmək üçün ərəb və müsəlman xalqlar arasında birlik və həmrəyliyin gücləndirilməsinə təkid ediblər.

Mərakeşli siyasi fəal Əziz Hənavi bu barədə deyir: “Qüds daim bizim diqqət mərkəzimizdədir. Bütün xalqların diqqəti də Qüds və digər müqəddəs məkanların azad edilməsi məsələsinə yönəlməli və sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə qarşı mübarizə aparmalıdırlar.”

İraqlı siyasi fəal Vasiq əl-Haşimi isə deyir: “Fələstin xalqı hələ də sionist rejimin təcavüzlərindən əziyyət çəkir və “Ümumdünya Qüds Günü” Fələstin məsələsinin önəmini xatırladır. Fələstin hər bir kəsin müdafiə etməli olduğu 1-ci dərəcəli məsələdir.”

İraq dini elmlər mədrəsəsinin müəllimi Şeyx Məhəmməd Salman da Qüdsün azad edilməsini vacib məsələ adlandırıb: “Bizim istəyimiz bütün islam ölkələrinin ixtilafları bir kənara qoyaraq, vəhdət yaratmalarıdır. Əsas məqsəd isə Qüdsün azad edilməsi olmalıdır. “

Ümumdünya Əhl Beyt(ə) Assambleyasının misirli üzvü Tahir Haşimi isə ramazan ayının sonuncu cümə gününün “Ümumdünya Qüds Günü” elan edilməsini önəmli məsələ adlandırıb və deyib: “İmam Xomeyninin(rə) ideyaları daim müsəlman xalqların diqqət mərkəzində olub və biz onun düşüncələrini dəstəkləyirik.”

Teqlər