Fransanın Türkiyədəki səfirliyi bağlanıb
-
Fransanın Türkiyədəki səfirliyi bağlanıb
Fransanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu təhlükəsizlik xəbərdarlıqlarına görə bağlanıb
İRNA-nın verdiyi məlumata görə, Fransanın Türkiyənin paytaxtı Ankara şəhərindəki səfirliyi dünən bir bəyanat yayaraq bildirib ki, Türkiyədə təhlükəsizlik xəbərdarlıqlarının artmasına görə bu səfirlik eləcə də Fransanın İstanbuldakı konsulluğu naməlum müddətədək fəaliyyətini dayandıracaq.
Fransanın İstanbuldakı konsulluğu da bildirib ki, ciddi təhlükəsizlik xəbərdarlıqlarına görə, sabah bu diplomatik ofisdə keçiriləcəyi planlaşdırılmış Fransanın istiqlal günü mərasimi ləğv edilib.
Ankara və İstanbulda eləcə də Türkiyənin bəzi cənub şəhərlərində bir neçə terror aktının törədilməsi, son aylarda bu ölkə şəhərlərində təhlükəsizlik durumunu gərginləşdirib.
Türkiyədə törədilən terror aktlarında Terrorçu İŞİD və PKK ittiham edilir.