İraqın milli təhlükəsizlik müşaviri Bəşşar Əsədlə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i225298-İraqın_milli_təhlükəsizlik_müşaviri_bəşşar_Əsədlə_görüşüb
İraqın milli təhlükəsizlik müşaviri Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2016 07:51 Asia/Baku
  • İraqın milli təhlükəsizlik müşaviri Bəşşar Əsədlə görüşüb
    İraqın milli təhlükəsizlik müşaviri Bəşşar Əsədlə görüşüb

İraqın milli təhlükəsizlik müşaviri Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

Saleh Fəyyaz İraqın baş naziri Heydər Əlibadinin məktubunu gətirib. O, məktubun məzmununun iki ölkə arasında terrorizmlə mübarizə sahəsində həmkarlıq xüsusiyyət təşkil etməklə təhlükəsizlik, hərbi və siyasi əməkdaşlıqlara təkid olduğunu bildirib.

Bu görüşdə Saleh Fəyyaz iraqlı qüvvələrin Mosula doğru irəliləyişi və bu şəhərin terrorçulardan azad edilməsinə hazırlıq barədə məlumat təqdim edib və sonra vurğulayıb ki, İraq rəsmiləri Suriya dövlətilə həmkarlıq və ahəngdarlığın davam etməsinə son dərəcə meyllidirlər, zira bu əməkdaşlıqlar terror qrupları ilə mübarizənin xidmətindədir ki, region və dünya üçün bir təhdidə çevriliblər.

Suriya prezidenti də İraqın ordu və xalq könüllü qüvvələrinin Fəllucə şəhərinin azad edilməsi xüsusiyyət təşkil etməklə İŞİD-lə mübarizədəki qələbə və nailiyyətləri münasibətilə İraq dövləti və xalqını təbrik edib.

Bəşşar Əsəd vurğulayıb: Suriya və İraq ordularının üzləşdikləri savaş vahid bir savaşdır və hər iki tərəfdən birinin terrorçulara qarşı mübarizədə qələbə əldə edəcəyi təqdirdə, qələbə, hər iki tərəfin və terrorçuların yatırdılması ardınca olan və terrorizmlə ciddi şəkildə mübarizə aparan bütün tərəflər üçün olacaq.