Səudlar 33 günlük savaşda sionistlərlə əlbir olublar
-
Səudlar 33 günlük savaşda sionistlərlə əlbir olublar
Sionist rejim ordusunun sabiq kəşfiyyat rəisi Livan Hizbullahına qarşı 33 günlük müharibədə Ərəbistanın bu rejimlə həmkarlığını etiraf edib.
Frans-24 telekanalının məlumatına görə, bu kanalın aparıcısı soruşub: İran parlamentinin sədri Əli Laricani son zamanlar deyibdir ki, İsrail rejimi ilə Ərəbistanın əməkdaşlığı on il bundan öncəyə, Hizbullah ilə 2006-cı il müharibəsinə qayıdır. O,deyib ki, Ərəbistan sionist rejim üçün strateji informasiyalar hazırlayıb. Siz o zaman fəaliyyət göstərirdiniz. Görən, bu mətləb həqiqətə uyğundurmu?
Sionist rejim ordusunun sabiq kəşfiyyat rəisi deyib: Məncə, 2006-cı ildə dünyada bir çox qüvvələr Hizbullah İsrail rejiminin hərbçisini həbs edən zaman bu rejimdən istədilər ki, Hizbullah qarşısında sərt mövqe tutsun və bu, təkcə səudlar deyildilər. Amerikalılar və bəzi avropalılar istəmirdilər ki, İran Hizbullahdan Livanda öz amili kimi istifadə etmiş olsun.
Buna görə. həqiqət budur ki, səudlar əslində Hizbullahın məğlub olmasını dəstəkləyirdilər və bu, təəccüblü məsələ deyil.