Avq 04, 2016 11:11 Asia/Baku
  • Ərəbistan uşaqların hüquqlarını pozan ölkə
    Ərəbistan uşaqların hüquqlarını pozan ölkə

Amerikalı jurnalist Ərəbistanın adının uşaqların hüquqlarını pozan ölkələr siyahısından çıxarılmasının BMT-nin imicini korladığını bildirib.

PressTV-nin verdiyi məlumata görə, BMT-nin baş katibi Ban Ki Mun müharibələrin cərəyan etdiyi ölkələrdə o cümlədə Yəməndə uşaqların vəziyyətindən ciddi nigaranlıq edib. 

Ərəbistanın başçılıq etdiyi koalisiya Hadini yenidən Yəməndə hakimiyyətə gətirmək və Ənsarullah hərəkatını zəiflətmək məqsədi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Amma, bu hücumların başlıca qurbanları qadınlar və uşaqlardırlar. İnsan haqları müdafiəçiləri dəfələrlə Ərəbistanın sivil əhaliyə qarşı müharibə cinayətləri törətməsini tənqid ediblər. BMT-nin Yəmənlə bağlı hesabatının ardınca, Ərəbistan uşaq hüquqlarını pozan ölkələr siyahısına daxil edildi. Amma, Ər-Riyad BMT-ni bu quruma olan maliyyə yardımlarını durdurmaqla təhdid etdi və BMT də Ərəbistanın adını uşaq hüquqlarını pozan ölkələr siyahısından çıxartdı. 

Müstəqil jurnalist Matyo Rasel Li bu barədə deyir: BMT Ərəbistanın adını bu siyahıdan çıxartmamalı idi. Belə təsəvvür edirəm ki, Ban Ki Mun bu hərəkəti ilə böyük səhvə yol vermiş olub. Bu. BMT üçün böyük bir rüsvayçılıqdır. BMT insan haqları ilə bağlı bir çox siyahıya malikdir və sadəcə uşaq haqlarını pozan ölkələr siyahısı ilə məhdudlaşmır. Mən belə düşünürəm ki, Ban Ki Mun BMT-yə sədrliyinin sonuncu ilində gördüyü işlər ilə sübut etdi ki, pulu olan dövlətlər çox asanlıqla adlarını bu siyahıdan çıxarda bilərlər. Buna görə də, bu siyahıların artıq heç bir etibarı yoxdur. 

Yəməndə 9.4 milyon uşaq təcili humanitar yardımlara ehtiyaclıdır. Bu ölkə hazırda ərzaq, içməli su, dərman və yanacaq qıtlığından əziyyət çəkir. 

Teqlər