Rusiya və Türkiyə Suriya barədə müştərək komitə təşkil edir
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidentinin sözçüsü Ankara və Moskvanın Suriya barədə müştərək komitənin təşkili üzrə razılığa gəldiyini bildirib.
İSNA-nın məlumatına görə, İbrahim Kalın bu barədə deyib: Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son görüşdə Suriyadakı müharibənin proseslərini araşdırmaq üçün iki ölkənin təhlükəsizlik, hərbi və diplomatik xidmətlərinin nümayəndələrinin iştirakı ilə üçtərəfli komitənin təşkil olunmasına göstəriş veriblər.
Ərdoğanın sözçüsü bildirib ki, bu komitənin Türkiyə tərəfi çərşənbə gecə Moskvaya yollanıb və bu komitənin ilk iclası bu gün Moskvada keçiriləcək.
İbrahim Kalın həmçinin Türkiyə və Suriya orduları baş qərargahları arasında Suriyada hava hadisələri, o cümlədən Rusiya qırıcısının vurulması ilə bağlı ötən ildəki hadisəyə bənzər olayların qarşısının alınması ilə əlaqədar məsələlərin araşdırılması məqsədilə birbaşa təms xəttinin bərqərar olunmasından xəbər verib.