İraq könüllü xalq qüvvələri irəliləyir
Sen 08, 2016 12:53 Asia/Baku
-
İraq könüllü xalq qüvvələri irəliləyir
İraq könüllü xalq qüvvələri Ər-Rəmadinin şərqində əl-Xalidiyyə adasında Əlbu-Kənan bölgəsinə nəzarəti ələ keçiriblər.
Əl-Məyadin telekanalının məlumatına görə, İraq könüllü xalq qüvvələri İŞİD terror qruplaşması ünsürləri ilə ağır toqquşmadan sonra əl-Xalidiyyə adasında Əlbu-Kənan məntəqəsinə nəzarəti ələ keçiriblər.
İraq könüllü xalq qüvvələrinin bu bölgədə irəliləməsi əl-Xalidiyyə adasının tam şəkildə azad olunması üçün önəmli addımdır. Xüsusilə də bir çox İŞİD başçısı Fəllucə və əl-Xalidiyyə şəhərlərindən qaçdıqdan sonra, Əlbu-Kənanda gizlənmişdilər.
İraq könüllü xalq qüvvələrinin Əlbu-Kənana nəzarət etməsi Fərat çayının şərq hissəsində və Bağdad-İordaniya şose yolunda təhlükəsizliyin yaranmasına səbəb olub.