Əl-Anbara dönüş
Sen 08, 2016 13:57 Asia/Baku
-
Əl-Anbara dönüş
İraqda didərgin düşmüş ailələrin əl-Anbar vilayətinin azad olunduğu bölgələr, eləcə də əl-Qəyarə şəhərinə, öz evlərinə qayıdışı davam edir.
Əl-İraqiyyənin məlumatına görə, əl-Anbar vilayəti didərginlərinin əksəriyyəti Bağdad ətrafına sığınmışdılar. Hazırda əl-Anbarda böyük ərazilərin azad olunması ilə, didərginlər öz evlərinə qayıtmaqdadırlar.
Öz evlərinə qayıdan İraq vətəndaşları şəhərlərdə bərpa olunan təhlükəsizlikdən sevinir və ümid edirlər ki, İraqın bütün şəhərləri İŞİD-in işğalından azad olunacaq.
Əl-Qəyarə əhalisi vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün vətəndaşların təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələrini vurğulayıblar.
Teqlər