Bağdadda qanlı terror
-
Bağdadda qanlı terror
Bağdadın şimalında törədilən partlayışda bir neçə sivil ölüb və yaralanıb.
İRNA-nın məlumatına görə, İraqın təhlükəsizlik mənbələri şənbə günü Bağdadın şimalında yerləşən Əttaci məntəqəsində bir bomanın partlaması nəticəsində 2 mülkinin öldüyü, 11 nəfərin isə yaralandığını bildiriblər.
Ötən cümə axşamı Bağdadın şərqində törədilən terror aktında da 20 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.
İraqın Diyalə əyalətinin Cəlula məntəqəsinin rəsmilərindən olan Yaqub Yusif 900-dən çox didərginin öz evlərinə qayıtmasından xəbər verib.
Bu didərginlərin öz evlərinə qayıtması ilə, Cəlula məntəqəsinin İŞİD-in işğalından azad edilməsindən sonra bu məntəqəyə qayıdan ailələrin sayı 10000-ə çatıb.
İraqdan daxil olan başqa bir məlumata görə, Sədr qrupunun lideri Müqtəda Sədrin tərəfdarları şənbə günü Bağdad və digər şəhərlərdə məscidlər və hüseyniyələrdə bir araya gələrək, korrupsiya əleyhinə aksiya keçirib, ölkədə geniş islahatların aparılmasını istəyiblər.