Sen 15, 2016 09:29 Asia/Baku
  • Livan Hizbullahının İŞİD-in cinayətlərinə reaksiyası
    Livan Hizbullahının İŞİD-in cinayətlərinə reaksiyası

Livanın Hizbullah hərəkatı dünya ictimaiyyətinin İŞİD-in cinayətləri qarşısında susmasını tənqid edib.

IRNA-nın məlumatına görə, Livanın Hizbullah hərəkatı dünən axşam bir bəyanatda İŞİD-in Qurban bayramı günündəki cinayətini pisləyərək, vurğulayıb ki, dünya xalqlarının İŞİD-in cinayətləri qarşısındakı sükutu xətəri onu törətməkdən az deyil.

Bu bəyanatda deyilir: İŞİD canilərinə qarşı ciddi mövqeyin tutulmaması onların insanlara qarşı hövlnak hərəkətlərində bir növ iştirakdır.

Hizbullah sonda vurğulayıb: Bu qruplarla mübarizə üçün, köklərini kəsənədək onlarla müharibə aparmaqdan başqa bir yol yoxdur.

Terrorçu İŞİD qrupu bu ilin Qurban bayramı günündə Suriyanın şərqində yerləşən Diyrəlzur məntəqəsinin ətrafında 19 suriyalı yeniyetmənin başını kəsib.

Teqlər