Kərkükdə terrorçular məhv edilib
-
Kərkükdə terrorçular məhv edilib
İraqın şimalında Kərkük vilayətində baş verən partlayış nəticəsində bir neçə terrorçu məhv olub.
Suməriyyə Nyus televiziyasının verdiyi məlumata görə, Kərkük vilayətində İŞİD üzvlərinin toplaşdıqları məkanda partlayıcı bağlamalardan birinin partlaması nəticəsində 16 İŞİD-çi, o cümlədən də bu qrupun yerli başçısı ölüb, 7 nəfər də yaralanıb.
İraqdan əldə olunan başqa bir məlumata görə, Neynəva vilayətinin icra başçısı Əhməd Əc-Cəburi bildirib ki, xalq səfərbər qüvvələri bu vilayətin yaxınlığında İŞİD terrorçularına aid olan bir pilotsuz təyyarəni məhv ediblər.
Əl-Ənbar əməliyyat komandanı İsmayıl Əl-Məhlavi də bildirib ki, İraq ordusunun Hərbi Hava Qüvvələri Ər-Rəmadi bölgəsində İŞİD terrorçularının bir neçə qərargahını hədəfə alaraq məhv ediblər.
Bu hücumlarda çoxlu sayda İŞİD terrorçusu ölüb və terrorçuların çoxlu miqdarda silah-sursatı məhv edilib.