İraq parlamenti və dövləti Türkiyənin hərbi fəaliyyətlərinə reaksiya veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238235-İraq_parlamenti_və_dövləti_türkiyənin_hərbi_fəaliyyətlərinə_reaksiya_veriblər
Türkiyə hərbi qüvvələrinini İraq ərazilərindəki fəaliyyətləri, İraq parlamenti və dövlətinin sərt reaksiyasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 14:35 Asia/Baku
  • İraq parlamenti və dövləti Türkiyənin hərbi fəaliyyətlərinə reaksiya veriblər
    İraq parlamenti və dövləti Türkiyənin hərbi fəaliyyətlərinə reaksiya veriblər

Türkiyə hərbi qüvvələrinini İraq ərazilərindəki fəaliyyətləri, İraq parlamenti və dövlətinin sərt reaksiyasına səbəb olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq parlamenti bir bəyanat yayaraq Türkiyə ordusunun bu ölkə ərazilərindəki əməliyyatlarını pisləyib, hökumətdən Türkiyə ordusunun İraqdakı fəaliyyətinə zəmin yaradanları sorğu-suala çəkməsini istəyib. İraqın baş naziri Heydər Əl-İbadi də Türkiyənin İraq ərazilərindəki hərbi əməliyyatlarının regional müharibəyə gətirib çıxaracağından nigaran qaldığını bildirib. 

Əl-Aləm telekanalının müxbiri Məhəmməd Əbu Abdullah bu barədə hazırladığı bir reportajda deyir: İŞİD-in əsas istehkamı olan Mosulun azad edilməsi əməliyyatı yaxınlaşdıqca, Türkiyə hərbçilərinin İraq ərazilərindəki fəaliyyəti iraqlıları narazı edir. Bu gün bütün iraqlılar bu mövzu barədə fikir birliyinə malikdir.

İraqın baş naziri Heydər Əl-İbadi Türkiyə hərbçilərinin İraq ərazilərindəki fəaliyyətinin davam etməsinin mənfi nəticələri barədə ciddi xəbərdarlıq edib.

Heydər Əl-İbadi deyib: Türkiyənin bu avanturist hərəkətinin regional müharibəyə gətirib çıxaracağından qorxuram. Buna görə də Türkiyəyə belə bir bataqlığa girməsinə dair xəbərdarlıq edirəm. Sadəcə İŞİD ilə müharibəyə məhdudlaşmayacaq regional müharibə ehtimalı mövcuddur. Türkiyədən İraqın daxili işlərinə qarışmamasını istəyirəm.

Əl-Aləm telekanalının müxbiri deyib: İraqın baş naziri Türkiyə hərbçilərinin bu ölkə ərazilərindəki fəaliyyətini Türkiyənin İraqın suverenliyinə qarşı təcavüzü hesab edərək bunun dinc qonşuluq münasibətlərinə zidd hərəkət olduğuna görə qəbulolunmaz olduğunu bildirir. Əl-İbadidən əlavə İraq parlamenti də Türkiyənin bu hərəkətini kəskin pisləyib. İraq parlamenti bir bəyanat yayaraq, Türkiyənin bu hərəkətini pisləyərək İraq dövlətindən Türkiyə hərbçilərinin İraq ərazisinə daxil olmasına zəmin yaratmış şəxsləri sorğu-suala çəkməsini istəyib. İraq parlamentinin üzvləri hökumətdən Türkiyə hərbçilərini işğalçı qüvvələr hesab edərək onların qovulması üçün bütün lazımı tədbirləri həyata keçirməsini istəyiblər. Onlar həmçinin İraq dövlətindən Türkiyənin Bağdaddakı səfirini XİN-ə çağırması və ona etiraz notası verməsini istəyiblər. İraq parlamentinin üzvü Əbdül-Əzim Əl-Əcəman Türkiyə hərbçilərinin İraqdakı fəaliyyətinin İraqın daxili işlərinə açıq-aşkar müdaxilə olduğunu bildirib. O deyib: Türkiyə prezidentinin Mosul barədəki bəyanatı İraqın daxili işlərinə müdaxilədir və Türkiyə bir qonşu ölkə olaraq diplomatik kanallarla əməkdaşlıq etməlidir. Türkiyənin İraq dövləti və parlamenti ilə koordinasiya etmədən birbaşa Mosul əməliyyatına müdaxilə etməsini biz düzgün və məntiqli hesab etmirik və belə qənaətdəyik ki, bu hərəkət İraqdan daha çox Türkiyənin özünün ziyanına olacaq. 

Əl-Aləm telekanalının müxbiri deyir: İraqın Cəbhətül-İslah fraksiyası da hökumətdən Türkiyənin Bağdaddakı səfirini ölkədən qovmasını və Türkiyə məhsullarına blokada tətbiq etməsini istəyib. İraq parlamentinin üzvü Misaq Əl-Hamidi baş nazir Heydər Əl-İbadidən İraqda hər hansı xarici müdaxiləyə qarşı kəskin tədbir görməsini, Mosulda Türkiyə hərbçiləri ilə işğalçı qüvvələr kimi rəftar etməsini istəyib. İraq parlamentinin bu deputatı deyib: Ərdoğanın Mosulun azad edilməsi əməliyyatında iştiraka dair bəyanatı İraq ərazilərinin işğalı deməkdir.