İraq Türkiyə hərbçilərinin bu ölkədəki iştirakı barədə BMT TŞ-yə müraciət etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238328-İraq_türkiyə_hərbçilərinin_bu_ölkədəki_iştirakı_barədə_bmt_tŞ_yə_müraciət_etdi
İraq Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının Türkiyə hərbçilərinin İraqın şimalındakı iştirakı məsələsini araşdırmaq üçün dərhal fövqəladə iclas keçirməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 10:11 Asia/Baku
  • İraq Türkiyə hərbçilərinin bu ölkədəki iştirakı barədə BMT TŞ-yə müraciət etdi
    İraq Türkiyə hərbçilərinin bu ölkədəki iştirakı barədə BMT TŞ-yə müraciət etdi

İraq Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının Türkiyə hərbçilərinin İraqın şimalındakı iştirakı məsələsini araşdırmaq üçün dərhal fövqəladə iclas keçirməsini istəyib.

İraqın Süməriyə Nyus informasiya agentliyinin verdiyi məlumata görə , İraq Xarici İşlər Nazirliyi cümə axşamı BMT TŞ-dən fövqəladə iclas keçirməsini və Türkiyənin İraqın şimalına hərbi qüvvənin göndərilməsində israrlı olması məsələsini araşdırmasını istəyib. 

İraqın baş naziri Heydər Əlibadi də çərşənbə axşamı Türkiyənin İraqın şimalındakı hərbi iştirakının regional savaşa yol aça biləcəyi barədə xəbərdarlıq edib. 

İraq parlamenti də Türkiyənin İraqın şimalındakı hərbi iştirakını işğalçılıq adlandıraraq, Türkiyə hərbçilərinin Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatında hansısa rola malik olması ilə müxalifət edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İraq dövlətinin müxalifətinə rəğmən bu ölkə ordusunun Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatında iştirak edəcəyini bildirib. 

Türkiyə parlamenti ötən şənbə günü (1 oktyabr) bu ölkənin İraqın şimalındakı hərbi iştirkına icazə müddətini daha bir il üçün uzadıb. 

Türkiyə 2015-ci ilin sonlarında İraqın şimalına yüzlərlə hərbçi göndərib. Bu hərbçilər Mosulun ətrafında yerləşən Başika bazasında yerləşiblər. Bu hərbçilər İŞİD ilə savaşda kürd peşmərgə qüvvələrinə hərbi təlimlər keçirlər.