Ərəb liqası Türkiyəni İraqdan çıxmağa çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238346-Ərəb_liqası_türkiyəni_İraqdan_çıxmağa_çağırıb
Ərəb liqasının baş katibi Türkiyəni İraqın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 13:14 Asia/Baku
  • Ərəb liqası Türkiyəni İraqdan çıxmağa çağırıb
    Ərəb liqası Türkiyəni İraqdan çıxmağa çağırıb

Ərəb liqasının baş katibi Türkiyəni İraqın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Əlyəumüssabe xəbər portalının verdiyi məlumata görə, Ərəb Liqasının baş katibi Əhməd Əbu-Qeyz bu gün Türkiyədən istəyib ki, İraqın ərazi bütövlüyünə hörmətlə yanaşsın və durumu mürəkkəbləşdirən bəyanatlar və hərəkətlərdən çəkinsin.

Ərəb liqası baş katibinin sözçüsü Mahmud Əfifi də bu gün bir bəyanat yayaraq deyib: Ərəb liqası Türkiyə ilə İraq arasındakı böhranlı durumu nigarançılıqla izləməkdədir. 

Mahmud Əfifi deyib: Ərəb liqası 8 sentyabrda Mavritaniyada ərəb ölkələrinin sammit iclasında qəbul edilən qətnamələrini nəzərə alaraq bu böhranın davam etməyəcəyinə ümid edir. 

İraqın xarici işlər naziri və Mavritaniya sammitində İraq heyətinin rəhbəri İbrahim Əccəfəri ərəb ölkələrindən Türkiyəyə özünün hərbi qüvvələrini İraqdan çıxarması üçün təzyiq göstərməsini istəyib. 

Türkiyə 2015-ci ildən bəri İraqın Neynəva vilayətində, Mosulun şimalında yerləşən Bəşiqə qəragahında terrorçularla mübarizə adı altında yüzlərlə hərbçi yerləşdirmişdir. 

İraq dövləti bu xüsusda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Ərəb Liqasına şikayət edib. Lakin Ankara hələ də öz hərbçilərini İraq ərazilərindən çıxarmaqdan çəkinir.