Binali Yıldırım Türkiyənin İraqdakı hərbi fəaliyyətlərinin davam edəcəyini bildirib
-
Binalı Yıldırım
Türkiyənin baş naziri ölkəsinin İraqın şimalında öz hərbi fəaliyyətlərini davam etdirəcəyini bildirib.
Mizan informasiya agentliyinin verdiyi məlumata görə, Binali Yıldırım bu gün deyib : Türkiyənin İraqın şimalında Bəşiqə gərargahındakı fəaliyyəti bu bölgənin etnik tərkibinin dəyişdirilməsinə mane olmaq məqsədi daşıyır.
Digər tərəfdən İraqın XİN-i BMT TŞ-ni Türkiyənin İraqa qarşı hərbi müdaxilələrini araşdırmaq üçün fövqəladə iclas keçirməyə çağırıb.
İraqın XİN-i çərşənbə günü də Türkiyənin Bağdaddakı səfirini çağırtdırmışdı.
İraq parlamenti və partiyaları da Türkiyənin İraqdakı hərbi fəaliyyətini qınayıblar.
Türkiyə 2015-ci ildən bəri İraqın şimalında yüzlərlə hərbçi yerlşdirib, İraq dövlətinin xəbəri olmadan həyata keçən bu qərar hələ də davam edir.