Minlərlə iraqlı didərgin öz ev-eşiyinə qayıdıb
-
Minlərlə iraqlı didərgin öz ev-eşiyinə qayıdıb
Minlərlə iraqlı didərgin ölkənin bəzi bölgələrində təhlükəsizliyin bərqərar olunmasından sonra öz ev-eşiklərinə qayıdıb.
İraqın Şəfəq Nyus portalının verdiyi məlumata görə, İraqın Miqrasiya İdarəsinin rəsmilərindən olan Həmudi Məhcub deyib: Ölkənin 4 vilayətində cəmi 198 min didərgin ailə öz evlərinə qayıdıb.
Həmudi Məhcub deyib: Öz evlərinə qayıdan didərginlər Əl-Ənbar, Səlahəddin , Neynəva və Diyalə vilayətlərindən olublar.
İraqın bəzi şəhərləri 2014-cü il iyun ayından bəri terrorçu-təkfirçi İŞİD qrupu tərəfindən işğal olunub.
İraq ordusu ilə İŞİD ünsürləri arasında baş verən döyüşlər çoxlu sayda mülkinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələnib.
Beynəlxalq statistik məlumatlara görə, iraqlı didərginlərin sayı 4 milyon nəfəri ötüb-keçibdir.
İraqdan əldə olunan digər məlumata görə, İraq ordusu və xalq qüvvələri Əl-Ənbar vilayətində yerləşən Hit şəhərində Dürr əl-Müəzzəfin ərazilərini İŞİD terrorçularından təmizləyiblər.
İraqın təhlükəsizlik qüvvələri və köçəri tayfalar da dünən Əl-Ənbar vilayətində 5 kəndi terrorçulardan azad ediblər.