Heydər Əl-İbadi: Türkiyəyə Mosul əməliyyatında iştirak imkanı verməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239117-heydər_Əl_İbadi_türkiyəyə_mosul_əməliyyatında_iştirak_imkanı_verməyəcəyik
İraqın baş naziri deyib ki, Türkiyiə hərbçilərinə Mosulun azad edilməsi əməliyyatında iştirak icazəsi verilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 14:08 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri deyib ki, Türkiyiə hərbçilərinə Mosulun azad edilməsi əməliyyatında iştirak icazəsi verilməyəcək.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Aşura günü üçün nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin araşdırılması məqsədi ilə Kərbəlada səfərdə olan Heydər Əl-İbadi deyib ki, Türkiyə hərbçilərinə Mosulun azad edilməsi əməliyyatında iştirak icazəsi verilməyəcək. 

Əl-İbadi İraq torpaqlarında hər hansı xarici qüvvənin fəaliyyətinin bu ölkəyə təcavüz mahiyyəti daşıdığını bildirərək deyib: Türkiyə rəhbərlərinin bu ölkənin hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərinə israrından təəccüblənirəm və şübhəsiz? bu mövzu Bağdad ilə Ankara münasibətləriinə təsir edəcək. 

İraqın baş naziri deyib: Türkiyə hərbçiləri İraqda əylənməkdə olduqlarını təsəvvür etməməlidirlər və Mosulun azad edilməsi əməliyyatında iştiraklarına imkan verilməyəcək.