Rusiyanın Suriyada uzunmüddətli hərbi baza yaratması qətiləşdirildi
-
Rusiyanın Suriyada uzun müddətli hərbi baza yaratması qətiləşdirildi
Rusiya Federasiya Şurası bu ölkənin Suriyanın Hmeymim ərazisindəki aeronevtika bazasının daimi fəaliiyyəti və genişləndirilməsi qərarı ilə razılaşıb.
Dumanın da öncə bu layihəni təsdiqlədiyini nəzərə alaraq bu layihə qətiləşib.
İRNA-nın verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Suriyanın Laziqiyyə vilayətində yerləşən Hmeymim bazasının uzun müddət üçün nəzarətə götürülməsi proqramı, RFŞ-də əksəriyyət səslə qəbul olunub və Rusiya prezidenti Vladimir Putinin imzası ilə qanuna çevriləcəkdir.
Rusiyanın Müdafiə Nazirliyi srağagün də bu ölkə ordusunun dəniz qoşunlarının Suriyanın Tərtus ərazilərində yerləşən lojistik bazasının əməliyyat bazasına çevrilməsi proqramından xəbər vermişdi. Bu proqram da Duma və RFŞ tərəfindən təsdiqlənməlidir.
Moskva ilə Dəməşq arasında imzalanan razılaşmada deyilir ki, Rusiyanın aeronevtika bölməsi Suriyanın istəyi əsasında Hmeymim hava bazasında yerləşəcək.
Rusiya mediaları öncə Müdafiə Nazirliyinin bir rəsmisinə istinadla bildirmişdilər ki, Hmeymim bazası Rusiyanın hərbi təyyarələri və müasir təchizatlarının yerləşdirilməsi üçün etibarlı mərkəzə çevriləcək.