Mosulun azad edilməsi əməliyyatına geri sayım
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239981-mosulun_azad_edilməsi_əməliyyatına_geri_sayım
Ordu, xalq qüvvələri , kürdlər və köçəri tayfalardan ibarət 140 mindən çox iraqlı qüvvə Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2016 15:30 Asia/Baku
  • Mosulun azad edilməsi əməliyyatı
    Mosulun azad edilməsi əməliyyatı

Ordu, xalq qüvvələri , kürdlər və köçəri tayfalardan ibarət 140 mindən çox iraqlı qüvvə Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək.

Mosul və Kərkükün bəzi ərazilərində terrorçu İŞİD qrupuna hücum üçün hazırlıqlar yekunlaşıb, İraq qüvvələri baş nazirin fərmanını gözləyirlər. 

İraqın Neynəva vilayətinin əməliyyat komandanı bildirib ki, Mosulun azad edilməsi əməliyyatında 140 mindən çox iraqlı iştirak edəcək. 

General Əl-Lami deyib; Artıq sözü gedən güvvələr Mosulun şərq, cənub və şimal istiqamətlərində yerləşiblər və ən müasir silahlara malik olaraq, bir-biri ilə tam koordinasiya ediliblər. Onlar Mosulu  İŞİD terrorçularındn azad etmə əməliyyatı üçün əmri gözləyirlər.