İraq problemlərinin əsas səbəbkarı ABŞ-dır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240287-İraq_problemlərinin_əsas_səbəbkarı_abŞ_dır
Amerika ordusunun keçmiş hakimi deyib: Keçmişdə İraqın problemlərinin əsas səbəbkarı ABŞ olub və indi özünü problemlərin həll edicisi kimi göstərməyə cəhd edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 13:32 Asia/Baku
  • İraq problemlərinin əsas səbəbkarı ABŞ-dır
    İraq problemlərinin əsas səbəbkarı ABŞ-dır

Amerika ordusunun keçmiş hakimi deyib: Keçmişdə İraqın problemlərinin əsas səbəbkarı ABŞ olub və indi özünü problemlərin həll edicisi kimi göstərməyə cəhd edir.

 

RussiaToday-in verdiyi məlumata görə, ABŞ ordusunun keçmiş hakimi Tad Piers bu telekanala verdiyi müsahibədə deyib: ABŞ-ın İraq siyasəti ümumiyyətlə səhv olub və bu siyasətlər müvəffəqiyyətsizliyə uğrayıb. O deyib: ABŞ-ın İraq siyasətlərinin məğlubiyyətinin nəticələrini artıq müşahidə edirik. Bu da İraqda İŞİD qrupunun yaranmasıdır. Bu gün İraq ərazilərinin bir hissəsinə nəzarət itirilib, Suriyada da elə bir şəraitdə İŞİD və digər qruplarla döyüşürük ki, özümüz bir başa və yaxud dolayısı ilə onları təchizatlandırırıq. Biz Suriyada faciə ilə üz-üzəyik.

ABŞ ordusunun keçmiş hakimi deyib: ABŞ indiyədək yaranan problemlərə rəğmən bu problemlərin həll edicisi kimi görünməyə çalışır. Lakin ABŞ-ın həyata keçirdiyi təşəbbüslər odun üzərinə benzin səpmək kimidir.