Okt 19, 2016 17:34 Asia/Baku
  • Mosulun azad edilməsi əməliyyatı
    Mosulun azad edilməsi əməliyyatı

Mosulun azad edilməsi üzrə müştərək əməliyyatın komandanı deyib: Ordu, polis, terrorizm ilə mübarizə, peşmərgə, xalq səfərbər qüvvələri və könüllü qüvvələr Mosulu azad etmə əməliyyatında iştirak edirlər.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Talib Şəğati Mosulun giriş darvazalarında müxbirlərə verdiyi müsahibədə deyib: İraqın baş naziri və silahlı qüvvələrin baş komandanı Heydər Əl-İbadinin Mosulun azad edilməsi əməliyyatına əmrindən sonra, bu şəhər və onun səmimi sakinlərinin terrorçuların işğalından azad edilməsi əməliyyatına start verildi. Mosulu azad etmə əməliyyatı nümunəvi əməliyyatdır ona görə ki, bu əməliyyatda bütün qüvvələr Ordu, polis, terrorizm ilə mübarizə, peşmərgə, xalq səfərbər qüvvələri və könüllü qüvvələr daxil bütün qüvvələr iştirak edir. Onların hamısının məqsədi Mosul sakinlərini xilas etmək və bu şəhərin infrasturukturlarını mühafizə etməkdən ibarətdir. Bütün qüvvələr, Kürdüstan bölgəsi, federal hökumət və digərləri arasında yüksək səviyyədə birlik və əməkdaşlıq mövcuddur, qüvvələrin irəliləyişi də qənaətbəxşdir.

Teqlər