Okt 20, 2016 10:07 Asia/Baku
  • İraq Mosulu İŞİD-in işğalından azad etmək barədə öhdəlik götürüb
    İraq Mosulu İŞİD-in işğalından azad etmək barədə öhdəlik götürüb

İraqın baş naziri vurğulayıb ki, Mosulu İŞİD-in işğalından azad etmək və İraq bayrağını bu şəhərdə dalğalandırmaq barədə öhdəlik götürür.

Suməriyyə Nyus-un məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi dünən Neynəva vilayətində Mosulu İŞİD-in işğalından azad etmək barədə öhdəliyi vurğulayaraq, iraqlı qüvvələrdən istəyibdir ki, Mosulun azad edilməsi əməliyyatı gedişində İŞİD terrorçuları tərəfindən işlədilən üsullar qarşısında sayıq olsunlar.

Əlibadi terrorizmlə mübarizə qüvvələrilə görüşdə bildirib ki, iraqlı qüvvələr ruh yüksəkliyinə malikdirlər və bu sahədə misilsiz bir birlik mövcuddur. O, deyib: Mosulun azad edilməsi əməliyyatı proqram əsasında və yaxşı irəliləyir.

İraqın baş naziri əlavə edib: Terrorizmlə mübarizə qüvvələri regionda ən güclü qüvvələrdir və mühüm döyüşlərdə heyrətləndirici nailiyyətlər əldə ediblər.

Əlibadi söyləyib: Mosul döyüşü terrorizmlə əsaslı bir döyüşdür və bütün dünya  Mosulun azad edilməsi əməliyyatını izləyir.

İraqın baş naziri belə qeyd edib: Mosulun azad edilməsi döyüşü İraqa aiddir və onda qələbə ilə İraq bayrağını bu şəhərdə dalğalandıracağıq.

Teqlər