Kərkük terror hücumlarının hədəfində
-
Kərkük terror hücumlarının hədəfində
İraqın şimalında, Kərkük şəhərində tördilən terror aktlarında 16 nəfərin həyatını itirdiyi bildirilir.
Press TV-nin verdiyi məlumata görə, bu gün Kərkük şəhərində dövlət binaları və Kərkük elektrik stansiyasına edilən terror hücumlarında 4-ü iranlı mühəndis olmaqla 16 nəfərin həyatını itirdiyi bildirilir.
İraqın təhlükəsizlik mənbələri bildirirlər ki, bir neçə terrorçu Kərkük şəhər polisinin komandanlıq mərkəzini habelə, yoxlama buraxılış məntəqələri və post patrul xidməti əməkdaşlarını hədəfə alıblar.
Bu terror hücumlarının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Əl-Aləm kanalı isə bildirir ki, İraqın təhlükəsizlik qüvvələri Kərkükdə 5 terrorçunu məhv ediblər.
Terrorçular Mosul əməliyyatında məğlubiyyətin qaçılmaz olduğunu gördükdə digər şəhərlərdə qanlı terror aktlarına üz tutublar.