Mosul əməliyyatının ilk etapı yekunlaşdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i241724-mosul_əməliyyatının_ilk_etapı_yekunlaşdı
İraqın Terrorizmlə Mübarizə İdarəsinin rəisi bildirib: Bu qüvvələr Mosul şəhərinin azad olunması və bu şəhər divarlarına çatmaq üçün ilk etapı yekunlaşdırmaqdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 15:44 Asia/Baku
  • Əbdülqəni əl-Əsədi
    Əbdülqəni əl-Əsədi

İraqın Terrorizmlə Mübarizə İdarəsinin rəisi bildirib: Bu qüvvələr Mosul şəhərinin azad olunması və bu şəhər divarlarına çatmaq üçün ilk etapı yekunlaşdırmaqdadırlar.

Əl-Hədəs televiziyasının məlumatına görə, ordu generalı Əbdülqəni əl-Əsədi bu televiziyaya verdiyi müsahibədə, "İraq silahlı qüvvələri azad olunmuş bölgələri qorumaq üçün yetərli gücə malikdirlərmi?" sualını cavablandırıb: Terrorizmlə mübarizə qüvvələri üzərlərinə tapşırıqlar götürdükləri istiqamətlərdə hər bir növ təhlükəni nəzərə alırlar. Azad olunan kənd və bölgələrin qorunması üçün yetərli qüvvələr vardır.

Əl-Əsədi əlavə edib: Biz bu gün İŞİD-in yerləşdiyi coğrafi xəritənin dəyişməsinin şahidiyik. Bütün məsələlər yaxşıdır və Müştərək Əməliyyat Komandanlığının bizim üçün nəzərdə tutduğu son nöqtəyə doğru tapşırığımızın əsas hissəsini təxminən yekunlaşdırmışıq. Bizim üçün Mosula qədər qalan bir neçə kilometrin əhəmiyyəti yoxdur və İŞİD bütün Neynəva səhrasından qovub çıxarmaq gücünə malikik. Müştərək Əməliyyat Komandanlığı müxtəlif istiqamətlərdə müəyyən əməliyyat xəritəsi və zamanını təyin etmişdir ki, qüvvələr bütün istiqamətlərdən Mosulun divarına çatsınlar.