Okt 24, 2016 19:15 Asia/Baku
  • Bəşiqə sakinləri İraq qüvvələrini qəhrəman olaraq qarşıladı
    Bəşiqə sakinləri İraq qüvvələrini qəhrəman olaraq qarşıladı

İraqın Bəşiqə şəhərinin sakinləri bu şəhər azad olunduqdan sonra İraq qüvvələrini qəhrəman olaraq qarşılayıblar.

France 24 telekanalının məlumatına görə, Bəşiqə Mosulun 10 km şərqində yerləşən önəmli şəhərlərdən biri hesab olunur. Bu şəhərin geri alınmasından sonra sakinləri İraq əsgərlərini səmimi qarşılayıb və onları qəhrəman adlandırıblar. Bu şəhər də terrorçuların işğalından azad olunan 50-dən çox şəhərdən biri kimidir.

Neynəva Səhrası Əməliyyat Komandanı leytenant Nicəm əl-Cəbur deyib: İŞİD terror qruplaşması məhv oldu. Bu gün onlar çox ağır şəraitdədirlər. Əksinə bizim qüvvələrimiz çox yaxşı vəziyyətdədirlər.

Bu telekanal həmçinin əlavə edib: Sonuncu strateji qələbə İraq qüvvələrinin Bəşiqə şəhərini terrorçuların işğalından azad etməsidir. Bu əməliyyatda Qaraquş şəhəri də terrorçuların nəzarətindən çıxarılıb. İraq ordusu və peşmərgə qüvvələri Mosulun cənub və şərq cəbhələrinə doğru irəliləməkdədirlər. Lakin İŞİD terrorçuları hələ də öz müqavimətlərini davam etdirirlər. Bəşiqənin yaxınlığında kürd mübarzlər bomba quraşdırılmış avtomobillərdən birini saxlayıblar. Terror ünsürlərinin yeganə həll yolu kamikadze hücumları kimi intiqam hərəkətləridir. Onlar İraq və kürd qüvvələrinin irəliləməsinə qarşılıq olaraq bunu etməyə çalışırlar. Bu kamikadze hücumları terrorçuların yayındırıcı hərəkətləri də hesab olunur.

Bazar günü də bomba quraşdırılmış 5 avtomobilin köməyi ilə hücumlar oldu. Terror qruplaşmasının bu hücumlarında cümə günü azı 46 nəfər həlak oldu.

Teqlər