Bağdad Ankaranın iddiasını qətiyyətlə təkzib etdi
-
Yəhya Rəsul
Rəsmi Bağdad Türkiyənin Mosulun azad olunması əməliyyatında qüvvələrinin iştirakı barəsindəki iddialarını qətiyyətlə təkzib edib.
Əl-Aləm telekanalının məlumatına görə, rəsmi Bağdad Ankaranın iddialarına reaksiyada bildirib: Türkiyə qüvvələri bu şəhərin azad olunması əməliyyatında heç bir vəchlə iştirak etmirlər.
İraq Müştərək Qüvvələr Komandanlığının sözçüsü leytenant Yəhya Rəsul Türkiyə rəsmilərinin iddiasını təkzib edib və bildirib: Bu ölkə qüvvələri Mosulun azad olunması əməliyyatında heç bir iştiraka malik deyillər.
İraq baş naziri Heydər əl-İbadinin media idarəsi də bu iddiaları qətiyyətlə təkzib edərək bildirib: Türkiyə qüvvələrinin Mosulun azad olunması əməliyyatında heç bir iştirakı yoxdur.
Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım bildirmişdi ki, Türkiyə ordusunun ağır artilleriyası peşmərgə kürd qüvvələrinin müraciəti əsasında Mosul yaxınlığında Bəşiqə şəhərində İŞİD-in mövqelərini atəşə tutub.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Türkiyənin Mosuldakı tamahkarlıqları barəsində, Ankaranın bu tamahkarlıqlarının Hələb barəsində də ola biləcəyinə dair xəbərdarlıq edib.