İslami Oyanış iclası vəhdət sayəsində qələbə müraciətini verdi
Bağdada iyirmi iki ölkənin alim və ziyalısının iştirakı ilə keçirilən İslami Oyanış Beynəlxalq Assambleyasının Ali Şurasının doqquzuncu iclası yekun bəyanatla öz işinə yekun vurub. Bu bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə qeyri-qanuni hücumu müharibə cinayətinin meyarı olaraq elan olunub və əsil islamın və onun ali mədəniyyəti və sivilizasiyasının qorunması istiqamətində islam dünyasının siyasətçiləri, ziyalıları və alimlərinin aktiv iştiraka malik olmaları vurğulanıb.
Bağdad. İslam dünyasının tanınmış simalarını bir yerə toplayan İslami Oyanışın 9-cu iclasının keçirildiyi məkan idi. 22 ölkədən gəlmişdilər. Yəmən və Misirdən tutmuş Bəhreyn, Suriya və Livana qədər. Belə ki, oyanışları müstəmləkəçilər və əlaltılarının xoşuna gəlməmişdir. Və məkrlər, güllə, bomba və raketlə, və əlbəttə terrorçu göndərməklə onların qarşısında sədd çəkiblər.
Yəmənli ziyalı Əbu Məhəmməd deyib: Müsəlmanların Qurandan və ilahi hidayətdən uzaqlığı, imperializmin onlara nəzarət etməsinə səbəb olmuşdur.
Misirli alim Şeyx Tacəddin əl-Hilali deyib: İslami Oyanışı qorumağa və millətləri bir-birlərinə yaxınlaşdırmağa çalışırıq.
Bir çox digər ölkə, o cümlədən islami oyanış gələcək ümidi olan Qırğızıstan.
Qırğızıstanlı alim Şeyx Qadir Kamalov deyib: İslami Oyanış konfransı hər il müsəlman xalqlar arasında daha çox birliyi yarada bilmişdir.
Başlanğıc söz ümmətin müqtədasına təşəkkür idi. İki gün bir araya gəldilər. Dedilər və eşitdilər. Yolun davam etdirilməsinə gərəkən məsələlər haqda. Və razılıqları gələcəyə ümidin nişanəsi idi. Aydın gələcək. Və nəhayət oyanışın davam etməsini əks etdirən bəyanat.
Fələstinli alim Şeyx Məhəmməd Əhməd bəyanatın qiraətində bildirib: İslamın, onun ali, sivilizasiyalı və mədəniyyət dəyərlərinin qorunmasının əhəmiyyətinə diqqət yetirmək, yeni elmi, təlim və mədəni metodlardan istifadə etməklə qeyd olunan problemləri aradan qaldırmaq mümkündür. Və bu məsələ islam dünyasının siyasətçiləri, alimləri, ziyalıları və istedadlılarının xüsusi diqqət yetirmələri və tarixi rol oynamalarına ehtiyaclıdır.
İslami Oyanışın 9-cu iclasının yekun bəyanatında, iştirakçılar terrorizmlə mübarizənin davam etməsi və Fələstin amalının gerçəkləşməsini vurğuladılar.