Okt 27, 2016 16:23 Asia/Baku
  • Livanda İranın avtomobil sənayesi sərgisi
    Livanda İranın avtomobil sənayesi sərgisi

İranın Livanda avtomobilqayırma sənayesinin istehsalları. Livanda İranın avtomobil sənayesinin ilk ixtisaslaşdırılmış sərgisi sənaye və iqtisadiyyat nazirliklərinin rəsmilərinin, iş adamları və Livan iş adamlarının iştirakı ilə fəaliyyətə başlayıb.

Sərgi iştirakçısı deyib: Bu sərgi İranın müxtəlif sənaye istehsallarının Livanda iştirakı üçün önəmli addımdır.

İranın avtomobilqayırma və yedəkqayırma şirkətləri öz istehsallarının nümunələrini bu sərgidə təqdim ediblər.

İran rəsmisi deyib: Bizim fikrimizcə, iki ölkənin nisbi imkanları vardır. Əgər biz, İran İslam Respublikasının sənayesinin məhsullarından olan tanışlığı Livanda yaxşı şəkildə təqdim edə bilərsək, fikrimcə, Livanda çox yaxşı bazarımız vardır.

Bu sərgi iki ölkənin müştərək iqtisadi əməkdaşlıqları çərçivəsində elə bir halda təşkil olunur ki, ötən bir il ərzində iqtisadiyyat və sənaye nazirləri və bir qrup livanlı investorlar ticarət və iqtisadiyyat əlaqələrinin genişlənməsi üçün Tehrana səfər etmişlər.

İranın avtomobilqayırma şirkətinin nümayəndəsi deyib: Ümid edirik ki, bu sərginin keçirilməsi İran İslam Respublikasının qeyri-neft ixracatının genişlənməsinə kömək edəcəkdir.

İran İslam Respublikasının iqtisadi, sənaye və texnologiya potensiallarının tanıtdırılması bu sərginin keçirilməsinin məqsədləri sırasında yer alır.

Livanın idxalatçı şirkətinin nümayəndəsi deyib: Biz İran avtomobillərini Livana idxal edən ilk şirkətik. Hazırda 15 növ İran avtomobilini Livan bazarına idxal etmişik.

İranın Livanda avtomobil sənaeysinin ixtisaslaşdırılmış sərgisi 28 oktyabra qədər Livan beynəlxalq sərgilər mərkəzində keçiriləcəkdir.

Belə sərgilərin keçirilməsi iki ölkənin yüksək siyasi əlaqələrinin kənarında, İran İslam Respublikası və Livanın iqtisadi və ticari əlaqələr səviyyəsinin yüksəldilməsində rola malik ola bilər.

 

Teqlər