Türkiyədə 45 polis saxlanılıb
Türkiyənin ədliyyə strukturunun rəsmiləri bu ölkədə 45 təhlükəsizlik məmurunun Fətulla Gülənin başçılıq etdiyi Hizmət Hərəkatı ilə əməkdaşlıq ittihamı ilə həbsinə order veriblər.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, order verildikdən sonra Türkiyə təhlükəsizlik məmurları bu gün Konya və digər 17 vilayətdə Gülən tərəfdarları əleyhinə əməliyyatı icra edərək 45 polis məmurunu Hİzmət Hərəkatını dəstəkləmək ittihamı ilə həbs ediblər.
Bundan öncə də Konya vilayətində hava bazalarında Fətulla Gülən tərəfdarlarını həbs olunması əməliyyatında 73 pilot həbs olunmuşdu.
Türkiyə hökuməti 15 iyul uğursuz çevrilişindən sonra indiyə qədər 35 min nəfəri həbs edib və 100 mindən çox hüquq, ədliyyə, ordu və digər dövlət qurumlarının işçisini işindən uzaqlaşdırıb.
Rəsmi Ankara uğursuz çevrilişdən sonra dövlət, ordu, ədliyyə, təhsil və iqtisadiyyat sektorlarını Gülən tərəfdarlarından təmizləmə əməliyyatına başlayıb.