Okt 31, 2016 17:40 Asia/Baku
  • Mişel Oun
    Mişel Oun

Livan parlamenti Dəyişiklik və İslahat Fraksiyasının rəhbəri və prezidentliyə namizəd Mişel Ounu bu ölkə prezidenti seçib.

Livanın əl-Məyadin telekanalının məlumatına görə, Mişel Oun Livanın 13-cü prezidenti olaraq bu ölkədə 2,5 il prezidentlik boşluğundan sonra parlament deputatları qarşısında and içib. 

Livan vətəndaşları küçələrə axışaraq, xüsusilə də Mişel Ounun doğulduğu Hərik məhəlləsində bir yerə toplaşaraq onun prezident seçilməsi münasibəti ilə şənlik ediblər. 

Livanın ötən iki il yarımda prezidenti yox idi. 

Teqlər