Noy 03, 2016 11:24 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraqın Ali Baş komandanı Türkiyəyə bir daha xəbərdarlıq edib ki, İraqda macəralardan çəkinsin.

İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi çərşənbə günü Mosulun qərbində Tələfər şeyxləri və böyükləri ilə görüşdən sonra deyib: Əgər Türkiyə yanlışlığa yol verərsə və macəra ardınca olarsa, onun bədəlini ödəyəcək və təcavüzünə milli cavabı alacaqdır. 

Əl-İbadi Tələfəri İraqın ürəyi adlandırıb və deyib: Terrorçular müharibəni bərpa etməyə və bu bölgə əhalisinin birliyini hədəfə almağa çox cəhd etdilər. Lakin onların bu hərəkəti indiyə qədər zərərsizləşdirilib və məğlub olub. 

İraq Ali Baş komandanı bəzi siyasi cərəyanları tənqid edərək deyib: Bəzi şəxslər Türkiyəyə yanlış məlumatlar verərək Ankaranı İraqda müdaxiləyə təşviq edirlər. Lakin onlar bilməlidirlər ki, Türkiyə İraqda öz mənafeyi ardıncadır. 

İraq baş naziri Amerikanın rəhbərliyi ilə beynəlxalq koalisiya qüvvələrinə toxunub və deyib: Bu qüvvələr terrorizm əleyhinə mübarizədə böyük ada sahib olmalarına baxmayaraq, Mosul əməliyyatında heç bir addım atmayıblar və İraq hökumətinin də onlara ehtiyacı yox idi. Çünki İraq övladları öz ərazilərini azad etməyə qadirdir. 

Teqlər