Türkiyə İraqın PKK ilə mübarizədə aciz olduğunu iddia edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243467-türkiyə_İraqın_pkk_ilə_mübarizədə_aciz_olduğunu_iddia_edir
Türkiyə xarici işlər naziri İraqın PKK ilə mübarizəyə qadir olmadığını iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2016 09:50 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri İraqın PKK ilə mübarizəyə qadir olmadığını iddia edib.

İSNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu çərşənbə günü İraq baş naziri Heydər əl-İbadini zəif siyasətçi adlandırıb və deyib: Əgər onun lazımi qüdrəti olsaydı, Mosulun terrorçuların əlinə düşməsinə icazə verməzdi. 

Türkiyə xarici işlər naziri həmçinin iddia edib: İraqın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi qədər Ankara üçün əhəmiyyətlidir. 

Çavuşoğlu Türkiyə və İraqı iki dost və qardaş ölkə adlandırıb. 

Türkiyə 2015-ci ilin sonlarından yüzlərlə hərbi qüvvəsini kürd peşmərgə qüvvələrinə təlim keçmək və terrorçularla mübarizə aparmaq bəhanəsi ilə qeyri-qanuni şəkildə Mosulun Bəşiqə bazasında yerləşdirib.