Türkiyə baş nazirinin müavini əl-İbadini tənqid edib
Noy 03, 2016 09:55 Asia/Baku
-
Numan Kurtulmuş
Türkiyə baş nazirinin müavini deyib: Ankaranı İraq sərhədinə hərbi təchizat göndərməsi önləyici addımdır.
Numan Kurtulmuş Türkiyənin İraqla sərhəddə yeni qüvvələrinin yerləşdirilməsi ardınca İraq baş naziri Heydər əl-İbadinin açıqlamasını tənqid edərək onu təmkinli olmağa çağırıb. Çünki Türkiyənin İraq sərhədinə hərbi təchizat göndərməsi önləyici tədbirdir və təhdid sayılmır.
Kurtulmuşun açıqlaması ilə yanaşı qeyd edək ki, Türkiyə ordusu bir çox tank və zirehli avtomobili Ankaradan bu ölkənin İraqla sərhədi olan Şırnak rayonu və Silopi sərhədinə ezam edib.
Teqlər