İŞİD-ə ruhiyyə verməyə çalışan əl-Bağdadinin səs yazısı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243542-İŞİd_ə_ruhiyyə_verməyə_çalışan_əl_bağdadinin_səs_yazısı
İraqın BMT-dəki sabiq nümayəndəsi bildirib: Əbubəkr əl-Bağdadinin səs müraciəti Mosulda İŞİD qüvvələrinə ruhiyyə vermək üçündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2016 16:40 Asia/Baku
  • Əbubəkr əl-Bağdadi
İŞİD-in başçısı
    Əbubəkr əl-Bağdadi İŞİD-in başçısı

İraqın BMT-dəki sabiq nümayəndəsi bildirib: Əbubəkr əl-Bağdadinin səs müraciəti Mosulda İŞİD qüvvələrinə ruhiyyə vermək üçündür.

BBC televiziyasının məlumatına görə, Feysəl əl-Usturabadi bu televiziya ilə müsahibəsində Əbubəkr əl-Bağdadinin səs müraciətinin yayılmasının səbəbi barədə deyib: Mosulda bir qrup şəxs, o cümlədən İŞİD üzvlərin bu müharibədən qaçmağa çalışmalarına dair məlumatlar vardır. İŞİD bəzi üzvlərini edam edib. Çünki onlar bu müharibədən qaçmaq istəyirdilər. Buna görə, əl-Bağdadinin bu səs müraciətinin yayımlanması öz qüvvələrinə ruhiyyə vermək üçündür. Proqnoz olunur ki, İŞİD-in İraq qüvvələrinin Mosul şəhərinə girməsi qarşısında duracaq və iki tərəf arasında güclü savaş baş verəcək. Çünki İŞİD qüvvələri çoxlu müdafiə tədbirləri düşünüblər, o cümlədən sivillərdən insan sipəri kimi istifadə etmək. Buna görə Əbubəkr əl-Bağdadi İŞİD-dən qaçmaq istəyən bəzi qüvvələri qane etmək istəyir ki, İraq qüvvələrinin Mosula daxil olması qarşısında dayansınlar.