Noy 05, 2016 11:06 Asia/Baku
  • PKK Türkiyəyə qarşı
    PKK Türkiyəyə qarşı

PKK-nın baş komandanlarından olan Murad Karayılan Xalqların Demokratik Partiyasının rəhbərlərinin həbs edilməsinə reaksiyanın böyük önəm daşıdığını bildirib.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, M.Karayılan dünən yaydığı video müraciətdə bildirib ki, PKK Türkiyəyə qarşı hücumlarını gücləndirəcək.

Yayda Türkiyə dövləti ilə yaraqlı PKK-çılar arasında imzalanan atəşkəsin pozulmasının ardınca tərəflər arasında toqquşmalar şiddətlənib. Xalqların Demokratik Patiyasının bəzi rəhbərləri də PKK üçün təbliğat aparmaq ittihamı ilə həbs ediliblər. 

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd əməliyyatından bəri fövqəladə durum qanunu tətbiq edilməkdədir. 

Teqlər