Mosulda İraq qüvvələri ilə İŞİD arasında savaş gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i245882-mosulda_İraq_qüvvələri_ilə_İŞİd_arasında_savaş_gedir
İraq baş naziri deyib: İraq qüvvələri Mosul şəhərində İŞİD ünsürləri ilə savaşdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2016 06:39 Asia/Baku
  • Mosulda İraq qüvvələri ilə İŞİD arasında savaş gedir
    Mosulda İraq qüvvələri ilə İŞİD arasında savaş gedir

İraq baş naziri deyib: İraq qüvvələri Mosul şəhərində İŞİD ünsürləri ilə savaşdadırlar.

İRİB-in məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi çərşənbə axşamı günü Bağdadda keçirdiyi mətbuat konfransında deyib: İraq qüvvələrinin Mosul şəhərində İŞİD-lə savaşı müştərək qüvvələrin gücünün artdığını göstərir. 

Əl-İbadi deyib: İŞİD Mosulda yaşayış bölgələrində bomba quraşdırılmış avtomobilərdən istifadə üzrə öz planında məğlub olmuşdur. 

İraq baş nazirinin sözlərinə görə, hökumət azlıqların Mosulda öz yaşadıqları ərazilərə qaytarılması və cinayətkarların cəzalandırılmasında ciddidir. 

Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad olunması əməliyyatı 2016-cı il 17 oktyabrda İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə başlanıb. 

On minlərlə İraq ordusu, polisi, həmçinin könüllü səfərbər və kürd peşmərgə qüvvəsi Mosul şəhərinin mərkəzinə doğru müxtəlif istiqamətlərdən həyata keçirilən bu əməliyyatda iştirak edir.