Türkiyə polisi Vanda etiraz aksiyasını dağıtdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246161-türkiyə_polisi_vanda_etiraz_aksiyasını_dağıtdı
Türkiyə polisi Van şəhərinin bələdiyyə başqanı Bəkir Kayanın həbs edilməsinə etiraz olaraq aksiya keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2016 15:48 Asia/Baku
  • Türkiyə polisi Vanda etiraz aksiyasını dağıtdı
    Türkiyə polisi Vanda etiraz aksiyasını dağıtdı

Türkiyə polisi Van şəhərinin bələdiyyə başqanı Bəkir Kayanın həbs edilməsinə etiraz olaraq aksiya keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi Van şəhərinin bələdiyə başqanı Bəkir Kayanı həbs edib. Bu xəbərin yayılmasının ardınca narazı insanlar küçələrə axışaraq, Bəkir Kayanın həbs edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Bəkir Kaya ötən günlər ərziində PKK terror qruplaşması ilə əməkdaşlıqda ittiham və həbs edilən 3-cü bələdiyyə başqanıdır.