İraqın xalq qüvvələri yeni əməliyyata başlayıblar
İraqın xalq səfərbər qüvvələri Mosulun qərb mehvərinin azad edilməsi əməliyyatının dördüncü etapının başlanmasından xəbər veriblər.
Fars xəbər agentliyinin məlumatına görə, İraqın xalq səfərbər qüvvələrinin komandanı bildirib ki, bu qüvvələr logistika və hərbi cəhətdən tam hazırlıqla Mosulun qərb mehvərinin azad edilməsi əməliyyatının dördüncü etapına başlayıblar. O, qeyd edib ki, bugünkü əməliyyat Tələfər şəhərinin qərbindən Suriya sərhədinədək və İŞİD terrorçularının yardım yolunun Suriyadan tam şəkildə kəsilməsi hədəfilə həyata keçirilir.
Bu məlumata görə, İraqın xalq səfərbər qüvvələrinin Tələfəri Suriyadan tam şəkildə ayırmaq hədəfli əməliyyatı terror ünsürlərini kəskin problemlə üzləşdirəcək.
İraqın xalq səfərbər qüvvələri noyabrın 14-də əməliyyatın üçüncü mərhələsini Tələfər hava bazasını azad etməklə başa vurublar.
Digər tərəfdən, iraqlı komandan Heydər Fazil bu ölkənin ordu qüvvələrinin Mosulun şərqindəki "Əlzəhur" məhəlləsini azad etmək üzrə irəliləyişinə toxunaraq, deyib: Terrorçuların ağır mərmi və raket hücumları altında iraqlı qüvvələr ehtiyatlı şəkildə bu çoxsakinli məntəqənin içərisinə doğru irəliləməkdədirlər.