İŞİD Mosulda müasir silahlardan istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i247223-İŞİd_mosulda_müasir_silahlardan_istifadə_edir
Bəzi qərb və region ölkələri tərəfindən maliyyə və silah dəstəyi alan terrorçu İŞİD qrupu Mosul toqquşmalarında iraqlı qüvvələrə hücumda müasir silahlardan xüsusiylə pilotsuz təyyarələrdən istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2016 08:30 Asia/Baku
  • İŞİD Mosulda müasir silahlardan istifadə edir
    İŞİD Mosulda müasir silahlardan istifadə edir

Bəzi qərb və region ölkələri tərəfindən maliyyə və silah dəstəyi alan terrorçu İŞİD qrupu Mosul toqquşmalarında iraqlı qüvvələrə hücumda müasir silahlardan xüsusiylə pilotsuz təyyarələrdən istifadə edir.

İRİB-nin iraqlı mənbələrə istinadən verdiyi məlumata görə, İŞİD-in Mosulda iraqlı qüvvələrə qarşı müasir silahlardan xüsusiylə də pilotsuz təyyarələrdən geniş istifadə etməsi iraqlı komandanların təəccübünə səbəb olub. 

İŞİD-in belə müasir təchizatlardan faydalanması bu terrorçu qrupun himayəçilərinin aşkar dəstəyini göstərir. Onlar bu qrupu İraq və Suriyaya qarşı açıq-aşkar dəstəkləyirlər. 

İraq ordusunun anti-terror bölməsinin komandanlarından olan general Əbdülvəhhab Əssaidi deyir: İŞİD bu pilotsuz təyyarələrdən müşahidə əməliyyatı üçün, bəzən də İraq ordusunun hərbi qərargahları və komandanlarını hədəfə almaq üçün istifadə edir. 

Ötən ayı iraqlı qüvvələr Mosulda İŞİD-in silah anbarını ələ keçirərək Türkiyə və Səudiyyə Ərəbistanı ordularında istifadə olunan pilotsuz təyyarələr və silahlar aşkar etmişdilər.