Noy 27, 2016 12:51 Asia/Baku
  • UNICEF Suriyada uşaqların durumu barədə xəbərdarlıq edib
    UNICEF Suriyada uşaqların durumu barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF Suriyada uşaqların durumu barədə xəbərdarlıq edib.

Spotnik-in verdiyi məlumata görə, UNICEF bu gün bir bəyanat yayaraq mühasirəyə alınan suriyalı uşaqların sayının iki qat artdığından nigaranlıq ifadə edərək bildirib: Hal-hazırda Suriyanın mühasirəyə alınan ərazilərində 500 min suriyalı uşaq yaşamaq üçün lazım olan ilkin imkanlardan məhrumdur. 

UNICEF-in hesabatında deyilir: Sadəcə Hələbin şərqində 100 min uşaq mühasirə şəraitində yaşayır. 

Noyabr ayının əvvəllərində də BMT baş katibinin müavini Stefan Obrin demişdi ki Suriyada mühasirədə olan ərazilərdə yaşayanların sayı bir milyon nəfəri ötüb-keçibdir.

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin himayə etdiyi terrorçu qrupların Suriyanın qanuni hökumətini devirmək məqsədi ilə geniş hücumlara keçməsindən sonra başlanmışdır. 

Teqlər