Küveytdə parlament seçkilərinin nəticələri elan edilib
Küveytin Daxili İşlər Nazirliyi bu ölkə parlamentinə seçkilərin yekun nəticələrini elan edib.
İRNA-nın verdiyi məlumata görə, Küveytin DİN-i bu gün səhər çağı bu ölkə parlamentinə seçkilərin yekun nəticələrini açıqlayıb. Nəticələrə görə "İxvanəl-Müslimin" qrupuna asılı olan Həds adı ilə tanınan "Konstitusiya islam hərəkatı"-nın bir neçə siması Küveytin parlamentinə(ümmət) yol tapa biliblər.
Bu məlumata görə, şiə namizədlərindən də 6 nəfər ümmət parlamentinin kürsüsünü qazana biliblər.
Küveytin ümmət parlamentinə seçkilər şənbə günü keçirildi.
2016-cı il oktyabrın 16-da Küveytin əmiri Şeyx Səbah Əl-Əhməd Əccabir Əssəbah tərəfindən təklif olunmuş qənaət layihəsi üzərində hökumət və partiya nümayəndələri arasında uzanan qalmaqallara görə buraxıldı.
Küveyt Fars körfəzinin yeganə sahilyanı ərəb ölkəsidir ki, parlament seçkiləri keçirir.