Rusiya Yəməndə insan faciəsi haqda xəbərdarlıq etdi
Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Yəmən insan faciəsinin baş verməsi ərəfəsindədir.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Yəməndə münaqişəyə son qoymaq üçün Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən bütün tərəflər arasında müzakirələrin aparılmasının vacibliyini qeyd edərək bildirib: Yəmən insan faciəsinin yaxınlaşması ilə üzləşib və onun baş verməsinə mane olmaq lazımdır.
Maria Zaxarova Yəməndə münaqişə tərəflərini sərtliyi dayandıraraq müharibəni və qan axıdılmasını davam etdirməkdən çəkinməyə çağırıb.
Rusiya XİN sözçüsü həmçinin ötən iki ildə Yəməndə acınacaqlı insan durumuna toxunub və deyib: BMT-nin bildirdiyinə əsasən, 10 mindən çox yəmənli həyatını itirib və hazırkı vəziyyət insan faciəsinin baş verməsinə yaxındır.
Rus rəsmisi əlavə edib: Yəmənin infrastrukturlarının əsas hissəsi məhv olub, vətəndaşlar aclıq və infeksiyalı xəstəliklərin yayılması ilə üzləşiblər və müzakirələrin yenidən başlanması üzrə beynəlxalq vasitəçilərin bütün səyləri nəticəsiz qalmışdır.
Səudiyyə rejimi Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə 26 mart 2015-ci ildən Yəmənə hücumlara başayıb. Ötən 20 ay ərzində Ərəbistanın Yəmənə qarşı açdığı müharibədə təxminən on min yəmənli həlak olub, 20 min nəfər yaralanıb.