Mosulun azad edilməsi əməliyyatında İŞİD terrorçuları məhv edilib
İraqlı qırıcılar İŞİD-in Mosuldakı mövqelərini bombalayaraq, onllarla terrorçunu ödürüblər.
Əliraqiyyə telekanalının məlumatına görə, iraqlı qırıcılar Mosulun qərb ətrafında İraqın xalq könüllü qüvvələrinin keçirdikləri əməliyyatın xüsusi məntəqələrində İŞİD-in mövqeləri və bazalarını hədəfə alıblar. Nəticədə 42 terrorçu öldürülüb və onların üç ədəd avtomobili məhv edilibdir.
İraqlı qırıcılar terrorçuların Neynəva vilayətinin Əbih məntəqəsi və Tələfər hava limanının ətrafındakı mövqelərini hədəfə alıblar. Nəticədə azı 22 terrorçu öldürülüb.
Səlahəddin vilayətində də iraqlı qırıcılar İŞİD-in iki avtomobilini məhv ediblər. Nəticədə bir qrup terrorçu öldürülübdür.
Neynəva vilayətinin mərkəzi olan Mosulun azad edilməsi əməliyyatı İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə oktyabrda başlanıb və indiyədək bu vilayətin böyük bir hissəsi azad edilibdir.