Palmira ətrafında gedən döyüşlərdə 300 terrorçu öldürülüb
-
Palmira ətrafında gedən döyüşlərdə 300 terrorçu öldürülüb
Rusiyanın Müdafiə Nazirliyi Palmira şəhərinin ətrafında terrorçuların mövqelərinə qarşı hava hücumlarında 300 terrorçunun öldürüldüyünü bildirib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bazar günü bir bəyanat yayaraq, bildirib ki, bu ölkə ordusu hava qüvvələrinə məxsus qırıcı təyyarələr Palmiranın ətrafında terrorçuların mövqelərinə qarşı 64 dəfə hücum həyata keçirib və onların şəhərin xarabalıq hissəsinə sığınmaq üzrə cəhdini önləyiblər.
Rusiyanın Müdafiə Nazirliyi Suriya ordusu qırıcı təyyarələrinin də bu əməliyyatda Rusiya qırıcıları ilə birlikdə uçuşlar həyata keçirdiyini və Rusiya qırıcılarına dəstək verdiklərini elan edərək, bildirib: Terrorçular mövqelərinə qarşı hücumlara reaksiya olaraq, tarixi Palmira şəhərini minaatanlardan istifadə edərək, hədəfə almağa çalışsalar da, Suriya və Rusiya qüvvələri onların bu cəhdini boşa çıxardıb.
Rusiyanın Müdafiə Nazirliyi həmçinin bildirib ki, Palmira üzərində həyata keçirilən əməliyyat zamanı terrorçulara məxsus 11 ədəd tank və zirehli maşın habelə, bir neçə ədəd ağır pulemyotlarla təchiz edilmiş avtomobil məhv edilib.