Dek 14, 2016 13:07 Asia/Baku
  • İraq baş naziri
    İraq baş naziri

İraq baş nazirinin razılığı ilə Neynəva vilayətinin Tələfər şəhərində 2000 nəfərlik türkman qüvvə təşkil olunacaq.

İraqın əl-Təğyir televiziyasının məlumatına görə, İraq Türkmanları Cəbhəsinin sədrəvəzi Həsən Turan çərşənbə axşamı günü bildirib: İraq baş naziri və silahlı qüvvələri ali baş komandanı Heydər əl-İbadi Tələfərin İŞİD-çilərdən təmizlənməsindən sonra onun bərpası və mühafizəsi ilə bağlı bu şəhər sakinlərindən 2 min nəfərdən ibarət qüvvə təşkil etməklə razılaşmışdır. 

Həsən Turan Tələfərin azad olunmasını İraqın daxili məsələsi adlandırıb və Ankarada Türkman heyətin Türkiyə rəsmiləri ilə Tələfər məsələsi haqda danışıqları ilə əlaqədar açıqlamalarını təkzib edib. 

Bundan öncə, İraq baş naziri ölkənin terrorçularla mübarizə və əməliyyatın davam etdirilməsi məqsədilə təxminən 3 min köçərisindən ibarət Tələfərin azad olunması əməliyyat mərkəzini təşkil edib. 

2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən işğal olunan Tələfər şəhərinin Mosulun mərkəzi ilə 65 km məsafəsi vardır. 

Bu şəhər İŞİD-in önəmli bazası və terrorçuların Suriyadan Mosula və əksinə keçidi üçün əsas yoldur və bu yol vasitəsi ilə İŞİD-ə lojistik yardımlar göndərilir. 

İraq xalq səfərbər qüvvələri Mosulun qərb istiqamətində öz əməliyyatının 1 və 2-ci etaplarında onlarla bölgəni İŞİD terrorçularından azad ediblər. 

Mosulun azad olunması əməliyyatı 2016-cı il 17 oktyabrda İraq baş naziri Heydər əl-İbadinin göstərişi ilə başlanıb. Ordu, xalq səfərbər və kürd peşmərgə qüvvələri bu əməliyyatda iştirak edirlər. 

Teqlər