Dek 20, 2016 14:14 Asia/Baku
  • Mosulda İŞİD-in mühasirəsində olan iraqlı xəstələrin ağır vəziyyəti
    Mosulda İŞİD-in mühasirəsində olan iraqlı xəstələrin ağır vəziyyəti

Mosulda İŞİD terror qrupu təərəfindən dərmanların anbar edilməsi altı uşaq daxil olmaqla 12 xəstənin həlak olması ilə nəticələnib.

IRNA-nın məlumatına görə, İŞİD ünsürləri Mosulda iraqlı körpələrə və ağır xəstələrə dərmanlardan istifadə icazəsi vermirlər. İŞİD-in bu hərəkəti bu şəhərdə insani durumun ağırlaşmasına bais olubdur.

Oksfam(Oxfam) müəssisəsi də bir hesabatda bildirib: Bir milyondan çox iraqlı hələ də Mosulda İŞİD-in əsirliyindədir.

İŞİD ünsürləri öz cinayətlərinin davamında dünən bir qadın daxil olmaqla dörd mülkini Mosulda bu qrupun nəzarətində olan məntəqələrdən qaçmağa çalışmaqda ittiham edərək, edam ediblər.

Digər tərəfdən, İraqın ordusu və xalq qüvvələri Mosulun şərqində yerləşən Əlkəramə və Əlməariz məntəqələrinə tərəf irəliləyiblər.

İraqda terrorizmlə mübarizə təşkilatının əməliyyat komandiri Əbdulvəhhab Əlsaidi bildirib ki, iraqlı qüvvələr Mosulun şərqindəki 56 məntəqədən 40 məntəqəni öz ixtiyarlarına alıblar.

Mosulun İŞİD terror qrupunun işğalından azad edilməsi əməliyyatı İraqın baş nazirinin fərmanı ilə 2016-cı ilin oktyabrından başlanıb və indiyədək bu şəhərin geniş bir hissəsi azad edilibdir.

İŞİD 2014-cü ilin iyunundan Mosul şəhərini işğal edibdir.

Teqlər